AZ

Sloveniya və Azərbaycan enerji sahəsində qarşılıqlı anlaşma haqqında Memorandum imzalayacaq (ÖZƏL)

Bakı.Trend:

Sloveniya və Azərbaycan enerji əməkdaşlığı sahəsində qarşılıqlıanlaşma Memorandumu imzalayacaqlar.

Bunu Trend-ə SloveniyaXİN-nin Avropa və Siyasi məsələlər, Beynəlxalq Hüquq və SloveniyaMaraqlarının Qorunması üzrə dövlət katibi Marko Ştutsin Bakı səfərizamanı özəl müsahibəsində bildirib

Ştutsin qeyd edib ki, enerji sahəsində əməkdaşlıq təkcə qazayox, həm də “yaşıl” enerjiyə aiddir və Sloveniya və Azərbaycanarasında olan münasibətlər çərçivəsində bunun genişləndirilməsiüçün müxtəlif perspektivlər var.

"Sloveniya energetika naziri apreldə Cənub Qaz Dəhlizi üzrətoplantıda iştirak etmək üçün Bakıya səfər edəcək. Bu səfərçərçivəsində Sloveniya və Azərbaycan arasında enerji sahəsindəəməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq. Bu sənəd təkcəqazı deyil, digər enerji mənbələrini də əhatə edəcək.

Sloveniya Azərbaycan qazının idxalını artırmaqda maraqlıdır,çünki biz enerji mənbələrimizi şaxələndirməyə çalışırıq. Bildiyinizkimi, Sloveniyanın Azərbaycandan qaz tədarükü yalnız keçən ilbaşlayıb və hələlik həcmlər nisbətən kiçikdir. Buna görə dəgələcəkdə tədarükün artırılması imkanlarını nəzərdən keçiririk.Sloveniya qazı müxtəlif mənbələrdən, o cümlədən Əlcəzair və Avropabazarından alır. Azərbaycan isə Sloveniyanın enerji şirkətləri üçünperspektivli tərəfdaşdır", – deyə o vurğulayıb.

Sloveniyalı dövlət katibi “yaşıl” enerji potensialınınartırılması məsələsində Azərbaycanın aktiv fəaliyyətini təqdiredib.

“Bu istiqamətdə Avropa İttifaqı da daha çox iş görə bilər ki,Azərbaycandan Avropaya "yaşıl enerji" tədarükünü təmin etsin. Məhzbuna görə də Sloveniya bu prosesdə maraqlıdır. Biz də oxşar inkişafmərhələsindəyik – əsasən günəş enerjisi sahəsində potensialımızıartırırıq”, – deyə o bildirib.

Məqalədə:
Seçilən
81
11
az.trend.az

10Mənbələr