AZ

Röya “Sevgililər günü”ndə “Elə bilmə”ni təqdim etdi

Xalq artisti Röya Ayxan 14 Fevral – “Sevgililər Günü”ndə yeni klipini təqdim edib.

Dərgi.az xəbər verir ki, bu il səhnə fəaliyyətinin 25 illiyini qeyd edən sənətçi “Elə bilmə” adlı yeni mahnısını və klipini sevənlərinin ixtiyarına verilib.

Bəstənin sözləri Orxan Mürvətliyə, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur.

Estrada ulduzunun ekran işini bu dəfə qardaşı İsmail Zade ərsəyə gətirib.

Klipin üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb.

Yeni mahnı və klip Röya Ayxanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.

Seçilən
158
2
dergi.az

9Mənbələr