AZ

Azərbaycanın "yaşıl" enerjiyə keçidi dayanıqlı inkişafın parlaq nümunəsidir - "La Gazette du Caucase"

Bakı. Trend:

Fransanın “La Gazette du Caucase” onlayn-nəşrində dərc olunmuştəhlildə Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində əldətərəqqi – bir ölkənin öz zəngin fossil yanacağını səmərəli şəkildəistifadə etməklə dayanıqlı inkişafa necə can atdığının parlaqnümunəsi kimi göstərilib.

Trend xəbərverir ki, fransız nəşri Azərbaycan prezidentinin “yaşıl” enerjisahəsinin gündəminin önə çəkilməsində həlledici rol oynamasınıvurğulayıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyevinrəhbərliyi altında Azərbaycan “yaşıl” enerjiyə daha çox diqqətyönəldərək, fossil yanacaqlardan əldə olunan gəlirləri qabaqcıltexnologiyalara və enerji infrastrukturuna investisiya şəklindəyatırır.

Prezident İlham Əliyev Çin telekanalına verdiyi müsahibədəölkənin ambisiyalı məqsədlərini səsləndirib.

“Bizim yaxın məqsədimiz 2027-ci ilə qədər günəş və küləkenerjisindən iki qiqavatt enerji istehsal etmək, 2030-cu ilədək isəbu göstəricini altı qiqavatta çatdırmaqdır. Bu, Azərbaycanın enerjiportfelində bir növ inqilab olacaq", – deyə o bildirib.

“La Gazette du Caucase” vurğulayır ki, bu hədəflər Azərbaycanınbərpa olunan enerji mənbələrinə keçid istiqamətində mühüm dönüşetdiyini və onu qlobal "yaşıl" enerjiyə keçidin əsasiştirakçılarından birinə çevirdiyini göstərir.

Məqalədə, həmçinin, Azərbaycanın Xəzər dənizinin dibi ilə “yaşılenerji” sualtı kabel xəttinin yaradılması üzrə qonşu ölkələrlə, ocümlədən, Qazaxıstan və Özbəkistanla əməkdaşlığı xüsusi olaraqvurğulanıb. Mərkəzi Asiyanı Azərbaycan və Avropa ilə birləşdirməkməqsədi daşıyan bu layihə regional “yaşıl” enerji dəhlizinininkişafında əsas element sayılır.

Nəşrdə o da qeyd olunur ki, 2024-cü ildə Azərbaycan vacib dönüşnöqtəsinə qədəm qoyub: Bərpa olunan enerji istehsalı 80 faiz artıbvə günəş və külək enerjisi ölkədə istehsal olunan elektrikenerjisinin ümumi həcmində əhəmiyyətli paya malikdir.

Bundan başqa, Azərbaycannın bərpa olunan enerji resurslarınəhəng potensiala malikdir – quruda 135 qiqavatt və dənizdə 157qiqavatt. Bu potensial artıq kifayət qədər investisiya cəlb edib vəölkə 10 qiqavatt gücdə bərpa olunan enerji sahəsində layihələrinhəyata keçirilməsi üzrə müqavilələr bağlayıb. Hökumətin məqsədi2030-cu il qədər istixana qazlarını 35%, 2050-ci ilə qədər isə 40%ixtisar etməkdir ki, bu da Azərbaycanın dayanıqlı inkişafa olanuzun müddətli sədaqətinin təcəssümüdür.

2030-cu ilə qədər ölkədə istehsal edilən ümumi elektrikenerjisinin 30 faizinin bərpa olunan mənbələr hesabına təminolunacağı proqnozlaşdırılır. “La Gazette du Caucase” qeyd edir ki,Azərbaycanın bu səyləri yalnız enerji sektorunun şaxələndirilməsinəxidmət etmir, həm də ölkənin davamlı və aşağı karbonlu gələcəyəolan sədaqətini nümayiş etdirir.

Seçilən
92
4
az.trend.az

5Mənbələr