“Son zamanlar bizi kədərləndirən məqam var. Məşhurlardan kimsə vəfat edəndə bizə yazırlar ki, kaş, sən ölərdin. Azər Baxşəliyev rəhmətə gedəndən sonra da eyni hal yaşandı”.
Demokrat.az xəbər verir ki, bu sözləri ARB efirində qonaq olan aktyorlar Elvin-Elvina cütlüyü deyib. Aktrisa biıdirib ki, şərhləri oxuduqca kədərlənir: “Elvini Allah saxladı. Demək ki, yaşaması lazım imiş. Həmkarlarımızın vəfatı bizi üzür. Amma kiminsə gəlib mənfi rəylər yazmasını anlaya bilmirik. Elvin yaşadı deyə günahkarmı oldu?”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta