Bakı. Trend:
"WindEurope" (Belçika) külək enerjisi potensialınınartırılmasında Azərbaycana dəstək göstərəcək.
Bunu Trend-əözəl müsahibəsində “WindEurope”un sənaye məsələləri üzrə direktoruFil Koul bildirib.
““WindEurope” və Azərbaycanın Bərpa Olunan Enerji MənbələriDövlət Agentliyi arasında imzalanmış Anlaşma Memorandumuçərçivəsində 2024-cü ilin mart ayından başlayaraq biz Azərbaycanaonun külək enerjisi sahəsində potensialını genişləndirməsindədəstək göstərəcəyik.
Bu, ən yaxşı təcrübələrin mübadiləsi, mümkün xətalar barədəxəbərdarlıq, yerüstü və ofşor külək enerjisi tətbiqi metodları üzrəkonsultasiyalar yolu ilə gerçəkləşdiriləcək”, - deyə Koulbildirib.
Onun sözlərinə görə, “WindEurope”, eyni zamanda, bu kimilayihələrin inkişaf etdirilməsi üçün Azərbaycan və Avropaİttifaqından olan siyasətçilər, nizamlayıcı orqanlar və potensialelektrik enerjisi istehlakçıları arasında əməkdaşlığa vasitəçiliksəylərini davam etdirəcək.
“Azərbaycan həm yerüstü, həm də dəniz külək enerjisinin inkişafıüçün əhəmiyyətli potensiala malikdir. Ölkə zəngin külək resurslarıvə sabit sürətli küləyin hesabına külək parklarının təcrübəliyaradıcıları üçün cəlbedici istiqamətlərdən sayılır. Bundan başqa,Azərbaycanda külək enerjisinin inkişafı həm onun öz enerjikeçidinə, həm də istehsalat proseslərinin elektrikləşdirilməsihesabına qonşu ölkələrdə dekarbonizasiya sənayesi üçün əlverişliimkanların yaradılmasına vəsilə olur.
Azərbaycan, eyni zamanda, öz əhəmiyyətli resurslarını səmərəlişəkildə inkişaf etdirmək üçün yetkin külək enerjisi bazarlarınınburaxdığı səhvlərdən dərs çıxarmaq kimi unikal imkana malikdir”, -deyə direktor əlavə edib.
Koul vurğulayıb ki, Xəzər dənizindən külək enerjisinininkişafına dəstək üzrə “WindEurope”un strateji prioritetlərinəregionun geniş külək və bərpa olunan enerji potensialındanistifadə, o cümlədən, iqtisadi-texnoloji və ekoloji faydalaravasitəçi olmaq daxildir.
“Azərbaycan bu yöndə həlledici rol oynayır. Bəzi ölkələr bərpaolunan enerji ilə bağlı 2030-cu ilə qədər yerinə yetirilməli olanməqsədlərin həyata keçirilməsində çətinliklərlə üzləşdiyi halda, buölkə öz külək enerji resurslarından təkcə öz ehtiyacları üçün yox,həm də ixracat imkanlarını nəzərə almaqla uzaqgörənliklə istifadəedir”, - deyə Koul bildirib.
Xatırladaq ki, 2024-cü ilin mart ayında Azərbaycanın EnergetikaNazirliyi nəzdində Bərpa Olunan Enerji Mənbələri üzrə DövlətAgentliyi və “WindEurope” külək enerjisi sahəsində əməkdaşlıqhaqqında Anlaşma Memorandumu imzalayıblar. Sənəd külək enerjisilayihələrini, məlumat mübadiləsi, elektrik interkonnektorlarınıninkişaf etdirilməsi, həmçinin, Xəzər dənizi - Qara Dəniz - Avropa“yaşıl” enerji dəhlizi çərçivəsində əməkdaşlığı ehtiva edir.
X: @Lyaman_Zeyn