AZ

Bu il Orta Dəhlizdə gəmilərlə yükdaşımalar artacaq - AÇIQLAMA

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri ilə2025-ci ilin ilk ayı üzrə yükdaşıma göstəricilərində artım qeydəalınıb.

Ümumiyyətlə, son illər gəmilərlə yükdaşımaların artması ticarətəlaqələrinin genişlənməsinə və beynəlxalq bazarlara çıxışınasanlaşmasına imkan yaradır.

Bu da Azərbaycanın iqtisadiyyatına müsbət təsir göstərəcək vəölkə üçün əlavə gəlir mənbələri yaradır. Azərbaycanın logistikinfrastrukturu inkişaf edir, bu da ölkənin əsas nəqliyyatdəhlizlərindən biri olmasını daha da möhkəmləndirəcək. AzərbaycanınŞərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyi daha dagüclənəcək.

Ölkənin dəniz nəqliyyatı sahəsində artan fəaliyyəti, ölkəninstrateji əhəmiyyətini artırır. Bu, həm ölkənin regional gücünü, həmdə beynəlxalq ticarət əlaqələrini gücləndirir.

Gəmi daşımalarının artması beynəlxalq təchizat zəncirlərinindaha etibarlı və stabil olmasına şərait yaradır.

Bu inkişafın uzunmüddətli perspektivdə Azərbaycanın beynəlxalqticarətdə daha fəal rol almasına və iqtisadiyyatınındiversifikasiyasına kömək edəcəyi gözlənilir.

Nəqliyyat məsələləri üzrə ekspert RaufAğamirzəyev Trend-ə açıqlamasında bildirib ki, ASCO-un son illərXəzər dənizindən kənarda da fəaliyyəti genişlənir.

"Yeni və böyük "Aframax" tipli gəmilərlə daşımalar da təşkil olunur. Bu illərərzində Orta Dəhlizdə ən önəmli dəniz daşımalarında Xəzər önəmlihalqalardan birini təmin edir. Bu da Azərbaycanın mövqeyini daha dagücləndirir. Göstərilən rəqəmlər onu göstərir ki, gəmilərləyükdaşıma göstəricilərində artım müşahidə olunur.

Bunlarla yanaşı, ASCO öz donanmasını da yeniləyir vəeffektlivliyini daha da artırır. Şərq-Qərb dəhlizi üzrəTürkmənistan və Qazaxıstan istiqamətindən TIR və təkərli texnikanındaşınmasında artım müşahidə olunur.

Orta Dəhlizlə Mərkəzi Asiya ölkələrindən və Çindən gələnyüklərin artımı müşahidə edilir. Bu dinamika bu il daha daçoxalacaq. Çünki ötən il Azərbaycan və Çin arasında bağlanmışsazişə əsasən, blok qatarların sayının 300-dən 1000-ə çatdırılmasınəzərdə tutulub. Bu daşımalarda da ASCO-nun fəaliyyəti önəmlidir",- o qeyd edib.

Qeyd edək ki, bu ilin ilk ayında ən böyük artım quru yükdaşımalarında qeydə alınıb. 2024-cü ilin yanvarında 60 196 ton quruyük daşınmışdısa, bu göstərici 2025-ci ilin eyni ayında 180 506tona yüksəlib, yəni 200,65% artım baş verib.

Tankerlərlə maye yük daşımalarında da müsbət dinamika müşahidəolunub. Ötən ilin yanvarında bu seqmentdə 328 533 ton yükdaşınmışdısa, cari ilin eyni dövründə bu rəqəm 359 362 tona çatıb.Artım 9,38%-dir.

Vaqon daşımalarında isə 2,76%-lik artım baş verib. 2024-cü ilinyanvarında 2 688 vaqon, 2025-ci ilin eyni ayında 2 762 vaqondaşınıb.

Yanvarda TIR daşımalarında da nəzərəçarpacaq artım qeydə alınıb.2024-cü ilin ilk ayında 2 980 TIR daşınmışdısa, 2025-ci ilinyanvarında bu rəqəm 4 139-a çatıb. Nəticədə 38,88%-lik artımolub.

Seçilən
73
1
az.trend.az

2Mənbələr