AZ

Qazaxıstanda mədənin çökməsi nəticəsində həlak olan 6 işçinin meyiti tapılıb - YENİLƏNİB

Xilasedicilər Qazaxıstanın Ulitau rayonunda çökmüş mədənin dağıntılarını təmizləyərkən ölmüş 6 şaxtaçının meyitini tapıblar, digərlərinin axtarışı isə davam edir.

APA xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Axtarış-xilasetmə əməliyyatları zamanı bir qrup xilasedici "Kazakhmys Corporation" MMC-nin 6 əməkdaşının meyitini aşkar edib. Onların şəxsiyyəti müəyyənləşdirilir. Hazırda hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində araşdırma aparılır. Yeddinci şəxsin axtarışları davam etdirilir", - məlumatda deyilir.

***

23:25

Qazaxıstanın Ulitau vilayətində “Kazakhmys Corporation” şirkətinə məxsus filiz mədənində çökmə nəticəsində bir qrup işçi ilə əlaqə kəsilib.

APA xəbər verir ki, bu haqda şirkətin mətbuat xidməti məlumat yayıb.

“Fevralın 17-də Ulitau vilayətinin Janarkinski rayonunda, “Kazakhmys Corporation” MMC-nin Jomart mədənində çökmə baş verib. Hadisə nəticəsində 7 işçi dağıntılar altında qalıb. Kabel qırıldığı üçün hazırda işçilərlə əlaqə yoxdur”, - deyə məlumatda bildirilir.

Dağıntı yerində təcili xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.

Seçilən
104
2
apa.az

10Mənbələr