AZ

Qızıl avtomobil satışa çıxarıldı

"Joe Macari Performance Cars" diler mərkəzi indiyə qədər istehsal olunmuş 150 "Aston Martin Valkyrie" yol kupesindən birini satışa çıxarıb.

Demokrat.az xəbər verir ki, bu xüsusi nümunə "Anemos" adını daşıyır və 24 karat qızıldan istifadə edilən kuzov və interyerinə görə unikal sayıla bilər.

Qeyd olunur ki, fərdi yanaşma onun əvvəlki sahibinə 630 000 dollardan baha başa gəlib. Satıcı superhibridin qiymətini açıqlamayıb.

Bu nümunə 2024-cü ildə yığılıb və o vaxtdan bəri təxminən 80 kilometr yol qət edib. Hiperkarın bu qədər tez satışa çıxarılmasının səbəbi məlum deyil.

Seçilən
40
5
demokrat.az

6Mənbələr