Hər il dünyada 1,2 milyon insan yol qəzalarında həyatını itirir.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu vəziyyətin qarşısını almaq və sürücülük təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqı tarixində ilk dəfə sürücülük vəsiqəsinə yaş həddi tətbiq edəcək.
Yeni qaydaya əsasən, yaşı 75-dən yuxarı olan sürücülər tibbi arayışları olsa belə, avtomobil idarə edə bilməyəcək.
Bu addımla gələcək illərdə yaşlı sürücülərin payını azaltmağı hədəflənir.