AZ

Sabah Bakıya qar yağacaq

Fevralın 20-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, səhərdən bəzi yerlərdə sulu qara, axşam isə qara keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

 

Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu gecə 1-3°, gündüz 4°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 0-4°, gündüz 4-8° isti, dağlarda gecə 7-12°, gündüz 2-6° şaxta olacaq. 

 

Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Seçilən
102
49
senzor.az

10Mənbələr