AZ

“HƏMAS” onların meyitlərini İsrailə təhvil verəcək

Fevralın 20-də Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin meyitlərini İsrail tərəfinə təhvil verəcək.

OXU24.COM  xəbər verir ki, bu barədə “HƏMAS”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının rəsmi nümayəndəsi Əbu Ubeydə bəyanat yayıb.

Bildirilib ki, onların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub.

Xatırladaq ki, Kfir Bibas “HƏMAS” silahlıları tərəfindən 2023-cü il oktyabrın 7-də əsir götürülüb. Həmin vaxt o, doqquz aylıq, qardaşı Ariel isə dörd yaşında olub. Onlar anası və atası ilə birlikdə Qəzzaya aparılıb.

Seçilən
137
19
oxu24.com

10Mənbələr