AZ

Səhiyyə Nazirliyi Cəbrayıl və Zəngilanda əhalinin ikigünlük kardioloji müayinələrini keçirib (FOTO)

Bakı. Trend:

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramıçərçivəsində Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adınaElmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyətitərəfindən fevralın 19-20-də Cəbrayıl şəhərində və Zəngilanrayonunda əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirin əsas məqsədi vətəndaşları ürək-damarsistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktıriskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyinedilməsidir.

Tədbirin ilk günündə Zəngilan rayonun Ağalı kəndində tibbimüayinələr təşkil olunub.

Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı vəlaboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindənəhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib.Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsimüəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problemaşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiqmüalicələr təyin olunub.

Növbəti gündə tibbi aksiya Cəbrayıl şəhərində davam edib.

Əhalinin müayinəsi zaman səhhətində problem aşkarlanan sakinlərəpeşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyinolunub.

Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı,eyni zamanda yüksək təzyiq və ürək tutması zamanı ilk tibbiyardımın göstərilməsinə dair Zəngilan və Cəbrayıl ictimaiyyəti üçünmaarifləndirici tədbir təşkil olunub.

Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutun direktoruGülnaz Dadaşova ürək-damar xəstəlikləri müasir tibbin ən aktualməsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nindirektorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ənəhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma,fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimizərərli vərdişlər aiddir.

Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri vəonların profilaktikası haqqında faydalı məlumatlar verilib,iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İki günlük aksiya zamanı Zəngilan rayonunun Ağalı kəndi vəCəbrayıl şəhərinin 250-ə yaxın sakini müayinələrdən keçib. Ehtiyacıolan vətəndaşlara isə paytaxta invaziv müayinə üçün göndərişlərverilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunandigər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin vəmüayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Seçilən
128
4
az.trend.az

6Mənbələr