Müğənni Aysun İsmayılova şəxsi həyatından danışıb.
Publika.az xəbər verir ki, sənətçi instaqram səhifəsində izləyicilərdən gələn sualları cavablayıb.
Bir müddət əvvəl vəkil Ramil Vəliyevdən boşandığını açıqlayan Aysun "İkinci dəfə şans vermək olar?" sualına "Pislərə davamlı şans vermək, yaxşılara xəyanətdir" deyə cavab verib.
"Qarşınıza düzgün biri çıxsa yenidən ailə qurarsınız?" sualına İsmayılova belə reaksiya verib:
"Düzgün biri çıxsa! Bunu düşünmək çox tezdir, çünki mənim övladım var. Amma mən ailə insanıyam. Yəni sevgili həyatı mənə görə deyil".