Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycandan İtaliyaya 1,687 milyon tonbitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə,bu miqdarda məhsul ixracından əldə olunan gəlir 932,7 milyon ABŞdolları təşkil edib.
Yanvar ayında İtaliyaya ixrac olunan bitumlu süxurlardan alınmışxam neft və xam neft məhsulları ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 1,508 milyon ton və ya 9,4 dəfə, dəyər ifadəsiilə 822,2 milyon ABŞ dolları, yaxud da 8,4 dəfə çoxdur.
Belə ki, 2024-cü ildə Azərbaycandan İtaliyaya 179 min tonmiqdarında, 110,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Qeyd edək ki, ötən ay Azərbaycandan ixrac edilən bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi3,460 min ton, dəyəri isə 1,903 milyard ABŞ dolları təşkiledib.