AZ

Bu bürclərdən olan cütlüklərin evlilikləri UĞURLU OLUR

Bürclər arasındakı uyğunluq münasibətlərin əsasını təşkil edir. Bir-biri ilə uyumlu bürclərdən olan cütlüklərin münasibətləri də uzunömürlü olur.

 

Sfera.az münasibətlərdə ən uyumlu və uğurlu bürcləri təqdim edir:


Buğa və Xərçəng 

Ailə və evlilik mövzusunda çox uğurludurlar. Xərçəngin emosional, qayğıkeş təbiəti ilə Buğanın səbirli və etibarlı yanaşması nəticəsində mükəmməl bir harmoniya yaranır. Hər iki bürc sabitlik və təhlükəsizlik axtarır, bu da onları bir-birinə daha yaxın edir.


Əqrəb və Oğlaq


Hər iki bürc çox məqsədyönlü və əzmkardır. Oğlağın praktiki yanaşması və Əqrəbin emosional dərinliyi bir-birini dəstəkləyir və əlaqəni daha güclü edir. Onlar qarşılıqlı sadiqlik və etimad üzərində qurulmuş uzunmüddətli münasibətlər istəyirlər. 


Tərəzi və Qoç


Tərəzi və Qoç arasında qarşılıqlı enerji yüksək olur. Qoç Tərəzinin sakit və balanslı xarekterinə aşiq olur. Qoçun enerjisi isə əlaqəyə dinamiklik qatır. Bu münasibət qarşılıqlı sevgi və ehtirasla zəngin olur.

Seçilən
91
1
bizimshow.az

2Mənbələr