AZ

Gündüz Kərimov: "Azərbaycan Konstitusiyası hazırlanarkən dünya təcrübəsinə istinad edilib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Müstəqillik əldə etdikdən sonra Azərbaycan Konstitusiyası hazırlanarkən dünya təcrübəsinə istinad edilib".
Oxu.Az xəbər verir ki, bunu "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov deyib.
O bildirib ki, Azərbaycan Konstitusiyası dərindən və düşünülmüş şəkildə hazırlanıb:
"Sonrakı illərdə konstitusiyamıza edilən dəyişikliklər dövlətin və suverenliyin möhkəmləndirilməsinə xidmət edib. Dəyişikliklərlə bağlı atılan addımların heç biri təsadüfi sayıla bilməz. Biz 2024-cü ildə suverenliyimizi tam bərpa etmişik. 2025-ci il isə "Konstitusiya və Suverenlik ili" elan edilib. Keçdiyimiz yol və verilən qərarlar ümumi bir zəncirin halqalarıdır".
Aləmdə Nəsib
Seçilən
77
50
oxu.az

10Mənbələr