AZ

Keçmiş məcburi köçkün: "Nəvələrim ata-baba torpaqlarımızda böyüyəcək, orada yaşayacaqlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İllərdir Qarabağımıza qayıdacığımız günü gözləyirdik. Allaha şükür edirəm ki, bu günü görmək nəsibim oldu".
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri bu gün Xocalı rayonunun Ballıca kəndinə köç etmək üçün yola çıxan keçmiş məcburi köçkün Zərifə Əhmədova söyləyib.
"Doğma yurdumuzu tərk edəndə 22 yaşım var idi. İndi o torpaqlara yoldaşım, oğlum, gəlinim və nəvələrimlə qayıdıram. Sevinirəm ki, nəvələrim ata-baba torpaqlarımızda böyüyəcək, orada yaşayacaqlar. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə, Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm", - deyə o bildirib.
Qeyd edək ki, bu gün respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 22 ailə - 95 nəfər köçürülür.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır.
Seçilən
73
50
oxu.az

10Mənbələr