1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakının Xətai rayonunun NZS qəsəbəsində sakinlər susuzluqdan əziyyət çəkirlər.
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.
Qeyd olunub ki, qəsəbənin Rövlan Məmmədov və Aşıq Qurban küçələrində illərdir içməli su problemi var, amma onu həll edən yoxdur.
"Susuzluqdan çox əziyyət çəkirik. İllərdir bu vəziyyətdəyik. Hər dəfə qaynar xəttə zəng edirik, deyirik, amma bir nəticə yoxdur", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ərazidə yeni su xətlərinin çəkilməsi işləri aparılır:
"Bir neçə gün ərzində həmin küçələrdə qazıntı işləri aparılaraq, abonentlərin su təchizatının yeni xəttə qoşulması işlərinə başlanılacaq. İşlər normativ qaydalara uyğun olaraq mərhələlərlə aparılır", - deyə açıqlamada qeyd olunur.
Əzizə İsmayılova