AZ

İsrail Suriyaya zərbələr ENDİRDİ

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubundakı hərbi obyektlərə zərbələr endirib.

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, hədəflər komanda mərkəzləri və silah anbarları olub. Qeyd edilib ki, bu obyektlər İsrail üçün təhlükə yaradır.

İsrailin müdafiə naziri İsrael Katzın sözlərinə görə, bunlar terrorçu qrupların Suriyanın cənubundakı İsrail ordusunun bufer zonasına müdaxiləsinin qarşısını almaq üçün qabaqlayıcı zərbələrdir.

Suriya televiziyası da məlumat yayıb ki, İsrail Hərbi Hava Qüvvələri Dəməşqin qərbində yerləşən Əl-Kisva şəhərindəki hərbi obyektə zərbə endirib. Telekanal qeyd edir ki, Dəraa əyalətindəki hədəflərə də zərbələr endirilib.

Seçilən
84
9
modern.az

10Mənbələr