AZ

«AFB Bank» pulu nəyə xərcləyir? – XƏRC MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-cü ilin maliyyə göstəricilərinə əsasən, "AFB Bank"ın ümumi xərclərində əhəmiyyətli dəyişikliklər müşahidə olunub. Bankın xərcləri müxtəlif kateqoriyalarda artmış, bəzi xərc növlərində isə azalma qeydə alınmışdır.

«AFB Bank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

FED.az xəbər verir ki, 2024-cü ildə AFB Bank-ın ümumi xərcləri əvvəlki illə müqayisədə 2 688 min manat artaraq 26 421 min manata yüksəlib. Bu, 11.33%-lik bir artım deməkdir. Ümumi xərclərin tərkibində bəzi kateqoriyalar yüksəlmiş, bəziləri isə azalma göstərmişdir.

İnzibati xərclər 799 min manat artaraq 5 508 min manata çatıb ki, bu da 16.97% yüksəliş deməkdir. Ümumi xərclər daxilində inzibati xərclərin payı 1 faiz bəndi artaraq 21%-ə yüksəlib.

Əmək haqqı xərcləri cüzi dəyişiklik göstərərək cəmi 130 min manat artıb və 7 716 min manata çatıb. Lakin ümumi xərclərdəki payı 31%-dən 28%-ə enib.

Əhəmiyyətli dərəcədə artım depozit faizləri üzrə çəkilən xərclərdə müşahidə olunub. Bu xərc maddəsi 1 146 min manat yüksələrək 3 483 min manata çatıb. Bu isə 49.04% artım deməkdir. Payı da 10%-dən 13%-ə yüksəlib.

Digər tərəfdən, kredit faizləri üzrə xərclər 237 min manat azalaraq 2 116 min manata enib. Bu, 10.07% azalma deməkdir. Ümumi xərclərdəki payı da 2 faiz bəndi enərək 8%-ə düşüb.

QK-faiz xərcləri isə tamamilə sıfırlanıb. Belə ki, 2023-cü ildə bankın bu sahədə xərci 299 min manat olduğu halda, 2024-cü ildə 0 manat olub. Payı da 1%-dən 0%-ə düşüb.

AMB kredit xərcləri isə dəyişməz qalıb – hər iki il üçün 1 min manat təşkil edib və ümumi xərclər içindəki payı 1% olaraq qalıb.

Amortizasiya xərcləri 48 min manat artaraq 1 864 min manata yüksəlib. Bu 2.64% artım deməkdir. Ümumi xərclərdəki payı isə 8%-dən 7%-ə enib.

Digər faiz xərcləri 2023-cü ildə formalaşmamasına baxmayaraq 2024-cü ildə bu sahəyə bank cuzi - 74 min manata xərc çəkib. Bunun nəticəsində ümumi xərclər daxilində 1%-lik bir paya sahib olub.

Son olaraq, digər qeyri-faiz xərcləri illik müqayisədə 1 027 min manat artaraq 5 659 min manata yüksəlib. Bu, 22.17% artım deməkdir. Ümumi xərclərdəki payı 2 faiz bəndi yüksələrək 19%-dən 21%-ə qalxıb.

Bankın xərcləri və həmin xərclərin ümumi xərclərdə payı ilə bağlı daha detallı aşağıdakı cədvəldə:

Min manat

Xərc mənbələri

Məbləğ

Ümumi xərclərdə payı

Faiz xərcləri

Depozitlər üzrə faizlər

3 483

13%

AMB kredit xərci

1

1%

Kredit faizləri

2 116

8%

QK- faiz xərci

-

-

Digər faiz xərcləri

74

1%

Qeyri -faiz xərcləri

İnzibati xərclər

5 508

21%

Əmək haqqı xərcləri

7 716

28%

Amortizasiya xərcləri

1 864

7%

Digər qeyri faiz xərcləri

5 659

21%

     

 

Seçilən
98
12
fed.az

10Mənbələr