AZ

Rumıniya və Azərbaycan qaz təchizatı ilə bağlı danışıqları bərpa edirlər – Nazir

Bakı. Trend:

Rumıniya Cənub Qaz Dəhlizi üzrə Bakıda keçiriləcək görüşçərçivəsində Azərbaycandan qaz həcmlərinə çıxışla bağlı Azərbaycantərəfi ilə müzakirələrin bərpasında maraqlıdır.

Bunu Trend-ə özəlmüsahibəsində Rumıniyanın energetika naziri Sebastyan-İon Burducadeyib.

"Rumıniya təbii qaz təchizatı marşrutlarını və mənbələrinişaxələndirməkdə və milli enerji təhlükəsizliyini təşviq edəntənzimləyici bazanın təmin edilməsində maraqlıdır. Rumıniyahəmçinin Aİ səviyyəsində təbii qazın qiymətli keçid yanacağı kimitanınmasını müdafiə etdi və sonrakı hadisələr bu potensialıtəsdiqlədi. Ölkələr bərpa olunan enerji istehsalından tam asılı olabilməz, ona görə də enerji sistemini dəstəkləmək və balanslaşdırmaqüçün təbii qazın potensialından istifadə etmək lazımdır", - deyənazir bildirib.

Burduca qeyd edib ki, 2024-cü ildə Azərbaycan Avropaya 12,9milyard kubmetr qaz ixrac edib ki, bu da 2023-cü illə müqayisədə 10faiz çoxdur:

"Eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış AnlaşmaMemorandumuna əsasən, Azərbaycan 2027-ci ilə qədər Cənub QazDəhlizi vasitəsilə Avropa bazarına nəql olunan qazın həcmini ikidəfə artıraraq, 20 milyard kubmetrə çatdırmağı öhdəsinə götürüb.Azərbaycanın Avropa bazarına enerji resurslarının etibarlıtəchizatçısı kimi xüsusi rolu danılmazdır və Aİ-də Azərbaycanqazına tələbat əhəmiyyətli olaraq qalır".

O xatırladıb ki, 2023-cü il fevralın 3-də Bakıda Rumıniyanınmilli qaz şirkəti SNGN ROMGAZ SA və Azərbaycan Dövlət NeftŞirkətinin törəmə şirkəti olan SOCAR TRADING arasında 2024-cü ilmartın 31-dək 1 milyard kubmetrədək Azərbaycan qazının tədarükimkanını nəzərdə tutan müqavilə imzalanıb:

"Bu müqavilənin bağlanması iki şirkət arasında uğurluəməkdaşlığın sübutu oldu. Burada Rumıniyanın təbii qaz təchizatınıntəhlükəsizliyinin təmin edilməsi və tədarük mənbələrininşaxələndirilməsi sahəsində strateji məqsədləri nəzərə alınıb.Bundan əlavə, 2022-ci ilin iyununda SNGN ROMGAZ SA və SOCARarasında AnlaşmaMemorandumu imzalanıb və burada hər iki şirkət həmAzərbaycan təbii qazının Rumıniya bazarına tədarükü mexanizmlərinintəkmilləşdirilməsi, həm də enerji sektorunda qarşılıqlı faydalılayihələrin həyata keçirilməsi üçün yeni imkanların araşdırılmasısahəsində əməkdaşlığı davam etdirmək niyyətində olduqlarınıbildiriblər".

Cənub Qaz Dəhlizinin genişləndirilməsi

Rumıniyalı nazir vurğulayıb ki, Cənub Qaz Dəhlizinin Cənub-ŞərqiAvropa və Balkanlara qədər genişləndirilməsi üçün konkret addımlaratılmalıdır.

O qeyd edib ki, təbii qaz bazarında qeyri-sabitlik vəqeyri-müəyyənlik vəziyyəti qalmaqdadır və buna yeni çağırışlar vənarahatlıqlar yaradan çoxsaylı hadisələr şərait yaradır.

"Rusiya qazından tədricən uzaqlaşmaq, marşrutların və tədarükmənbələrinin şaxələndirilməsi, şübhəsiz ki, uğurdur, lakin biz başadüşməliyik ki, bu zəruri tədbirlər həm də yeni çağırışlar gətirib.Ukraynada müharibə başlayandan bəri ciddi qaz çatışmazlığıyaşanmasa da, son üç il ərzində Rusiya qazının böyük hissəsininçıxarılması Avropa qaz bazarlarını qısamüddətli fasilələr, Asiyadamaye qaza artan tələbat və qışda yaşadığımız soyuq hava nəticəsindəyaranan qiymət şoklarına qarşı daha həssas etdi", - deyə Burducaqeyd edib.

Rumıniyalı nazir qeyd edib ki, Avropada hələ də Rusiya qazınınUkrayna ərazisindən tranzitinin bərpasını tələb edən ölkələrvar:

"Bundan əlavə, qış mövsümünün ortasında aşağı temperaturproqnozları və Mərkəzi və Şərqi Avropa anbarlarında qaz həcmlərininazalması səbəbindən artıq stress altında olan Avropa qaz bazarındasabitliyi daha da pozan bir sıra hadisələr baş verdi.Trans-Adriatik Boru Kəməri ilə Azərbaycan qazının tədarükünə təsiredən “Şahdəniz 2” yatağında hasilatın müvəqqəti dayandırılmasındansonra Aleksandrupoli maye qaz (LNG) terminalı bu yaxınlarda DESFAşəbəkəsinə qaz tədarükünü dayandırdı və bu, əlavə suallar doğurdu.Avropada qazın topdansatış qiymətləri artıb, çünki regionunanbarları həmişəkindən daha tez tükənir və növbəti mövsümdə qazındoldurulması ilə bağlı narahatlıqlar artıb".

Burduca qeyd edib ki, təbii amillərin qaz bazarında gərginvəziyyətə gətirib çıxarmasına baxmayaraq, bu fenomen bir faktıvurğulayır ki, hazırda soyuq mövsümün əvvəlində gözlənilməz hadisə- şiddətli soyuq dalğa və ya qaz təchizatında fasilə baş verərsə,anbar tutumunun yüksək səviyyəsi kifayət etməyə bilər:

"Bəzən yerli istehsal və qaz anbarı öz məhdudiyyətlərinigöstərir. Bu qeyri-müəyyənlik və qorxu axınında Cənub Qaz Dəhliziartıq dörd illik fəaliyyətini başa vuraraq, hər il Avropaya qaztədarükünün təmin edilməsinə və şaxələndirilməsinə mühüm töhfəverdiyini sübut edir. Cənub Qaz Dəhlizinin dörd illik fəaliyyətiAvropanın qaz bazarını əhəmiyyətli dərəcədə dəyişdi. Təbii qazinfrastrukturunun genişləndirilməsi, onun Cənub Qaz Dəhlizivasitəsilə Avropaya çatdırılmasının asanlaşdırılması istiqamətindəmühüm irəliləyişlər əldə edilib".

Rumıniyalı nazir qeyd edib ki, Avropa bazarının artan qazhəcmlərinə ehtiyacı var və bu qaz dəhlizi Avropaya qaz nəqlində özstrateji rolunu gücləndirə bilər və gücləndirməlidir:

"Bizdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi prosesinin lehinəbütün arqumentlər var. Xüsusilə Mərkəzi və Cənub-Şərqi Avropa üçünəlavə həcmlərə və yeni təchizatçılara açıq ehtiyac var. Buqaz-nəqliyyat infrastrukturunun danılmaz uğurunu və Avropanınenerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün xüsusiəhəmiyyətini nəzərə alaraq, Cənub-Şərqi Avropa və Balkan ölkələrinəzərə alınmaqla Cənub Qaz Dəhlizinin genişləndirilməsi planlarınınhəyata keçirilməsində konkret addımlara həmişəkindən daha çoxehtiyac var. Bu, xüsusilə bu ölkələrdə qaz kəməriinfrastrukturundan istifadə imkanlarını nəzərə alaraq, buregionların Cənub Qaz Dəhlizinə qoşulmasını təmin etmək üçünlazımdır.

Bunun reallığa çevrilməsi üçün ölkələrimiz arasında əməkdaşlığıgenişləndirmək, təcili tədbirlər görmək və Cənub Qaz Dəhliziningenişləndirilməsi planlarında konkret addımlar atmaq lazımdır.Cənub Qaz Dəhlizi ilə bağlı bu strateji tələbin bir tərəfdən enerjitəhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edən ikinci layihə iləəlaqələndirilməsi – bizim birgə həyata keçirmək istədiyimiz sualtıkabel layihəsi ilə əlaqəsi və son bir ildə qlobal və Avropa qazbazarında baş verən bir çox potensial sabitliyi pozan hadisələr -konsolidasiya və daha fəal əməkdaşlıq, eləcə də ölkələrimizarasında dialoqun inkişaf etdirilməsi istiqamətindəəlaqələndirilmiş fəaliyyətə yeni təkan vermək üçün bu mötəbərformatda iki illik işçi görüşün təşkilinin nəzərdən keçirilməsiniməqsədəuyğun hesab edir".

O, həmçinin əlavə edib ki, Rumıniya mühüm, operativ və səmərəliqaz nəqli infrastrukturuna malik regional tərəfdaşdır.

"BRUA qaz kəməri, Iaşi-Ungheni-Kişineu qaz kəməri, Trans-Balkandəhlizi və qonşu ölkələrlə işləyən qaz birləşdiriciləri vasitəsiləRumıniya artıq qaz tədarükü üçün mühüm regional mərkəz kimifəaliyyət göstərir. Biz artıq bir müddətdir ki, Trans-Balkandəhlizi ilə qaz nəqlinin yenidən aktivləşdirilməsinin, xüsusən dəMoldova Respublikasına tədarükün təhlükəsizliyinin təmin edilməsibaxımından nə qədər vacib olduğunu müşahidə edirik. Bu kontekstdəmən Moldova Respublikasına yardım paketini və MoldovaRespublikasının enerji müstəqilliyini və onun Avropa bazarınainteqrasiyasını təmin etmək üçün Aİ-nin davamlı dəstəyinialqışlamaq istərdim. Bir faktı da vurğulamaq istərdim ki, Qaradənizdə Neptun dərinliyi layihəsi çox yaxşı irəliləyir, işlər planüzrə gedir və bizim məqsədimiz 2027-ci ildə ilk qaz və ya “ilkhasilat” əldə etməkdir. Bu, Rumıniyanın regionda enerji oyunçusurolunu gücləndirəcək layihədir. Rumıniya Avropa İttifaqının ənböyük təbii qaz istehsalçısı olacaq", - deyə nazir bildirib.

Burduca qeyd edib ki, "Qara dəniz-Podişor" qaz kəməri layihəsiRumıniyanın "Transgaz" qaz nəqli operatorunun Qara dənizdən qazınMilli Qaz Ötürmə Sisteminə və deməli, iqtisadi dövriyyəyətədarükünü təmin etmək üçün həyata keçirdiyi ən mühüm layihələrdənbiridir:

"Tuzla-Podişor qaz kəməri həm də Xəzər regionundan, Türkiyə vəYunanıstandakı LNG terminallarından və ya digər mənbələrdənRumıniyaya gələ biləcək təbii qazın potensial həcmlərini nəql edəbilmək üçün lazımdır. Eyni zamanda, Rumıniyanın "TRANSGAZ" qaznəqli sisteminin operatoru əhəmiyyətli investisiyalar hesabınatranzit qaz kəmərləri vasitəsilə qazın əks axınını təmin etdi ki,bu da Trans-Balkan dəhlizindən tam istifadəyə və təkcə Rumıniyaüçün deyil, həm də regionun digər ölkələri üçün zəruri olan qazehtiyatlarının təmin edilməsinə şərait yaratdı.

Bu addımlara əlavə olaraq, biz 2023-cü il oktyabrın 1-dənRumıniya-Macarıstan istiqamətində Arad-Seqed interkonnektorununnəql gücünün ildə 2,6 milyard kubmetrə qədər artırılmasını əlavəedirik ki, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın sistemoperatorları arasında əməkdaşlıq vasitəsilə cənubdan Mərkəzi vəŞərqi Avropaya gələn alternativ təbii qaz mənbələri üçün artannəqliyyat imkanlarının təmin edilməsinə yönəlmiş daha bir mühümaddımdır".

Burduca qeyd edib ki, Rumıniya "yaşıl" və güclü iqtisadiyyatqurmaq məqsədilə, lakin təbii qaz da daxil olmaqla mövcudresurslardan ağıllı şəkildə istifadə etməklə Avropanın enerjisiyasətinin yenidən işlənməsinə fəal töhfə verməyə sadiqdir:

"Bizim prioritetlərimiz enerji təhlükəsizliyi, ucuz yanacaq vəsonra "yaşıl" enerjidir, sıralama belədir. Rusiya qazının Ukraynaərazisindən tranzitinin dayandırılmasından sonra Aİ-nin enerjitəchizatı baxımından davamlılığı məsələsi getdikcə aktuallaşıb.Aİ-nin enerji təhlükəsizliyi indi qlobal qaz bazarlarının inkişafıilə daha sıx bağlıdır. Əksər Aİ ölkələri Rusiya Federasiyasındanqaz həcmini əvəz etməkdə çox yaxşı işlər görüblər, lakin Rusiyadanbirbaşa tədarüklərə böyük etibar edən ölkələr var. Unutmamalıyıqki, REPowerEU planına əsasən, Aİ 2027-ci ilə qədər Rusiya qazınınidxalını həmişəlik dayandırmağı qarşısına məqsəd qoyub ki, bu daAİ-nin 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üzrəiddialı hədəfləri ilə birləşir.

Beləliklə, bütün bu çağırışlar qarşısında irəliyə doğru ən yaxşıyol birdir - ölkələrimiz arasında möhkəmlənmiş əməkdaşlıq və CənubQaz Dəhlizi Məşvərət Şurasının iclasının təqdim etdiyi bu dialoqplatforması son dərəcə dəyərlidir".

X: @Lyaman_Zeyn

Seçilən
63
1
az.trend.az

2Mənbələr