AZ

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb

Bakı, TurkicWorld

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,03 ABŞ dolları və ya 0,04% artaraq 75,18 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,07 dollar və ya 0,1% bahalaşaraq 73,9 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,07 dollar və ya 0,12% azalaraq 57,44 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,04 dollar və ya 0,07% ucuzlaşaraq 72,86 dollar/barel təşkil edib.

Fevralın 27-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
141
35
turkic.world

10Mənbələr