Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tomas Baxın təşkilatın prezidenti vəzifəsindən istefasını qəbul edib. Qərar iyunun 23-dən sonra qüvvəyə minəcək, səlahiyyətlər BOK-un yeni rəhbərinə veriləcək.
Bu barədə məlumat BOK-un rəsmi saytında yer alıb.
Təşkilatın yeni rəhbərinin seçilməsi BOK-un sessiyası çərçivəsində 2025-ci il martın 18-dən 21-dək baş tutacaq. Tədbir Afinada (Yunanıstan) baş tutacaq. BOK-un rəhbəri postu uğrunda 7 nəfər mübarizə aparır. Siyahıya daxildir: Feysal Əl-Hüseyn (İordaniya), Sebastyan Kou (Böyük Britaniya), Kirsti Koventri (Zimbabve), Xuan Antonio Samaranç kiçik (İspaniya), Yohan Eliaş (İsveç), David Lapartyan (Fransa), Morinari Vatanabe (Yaponiya). Bax yeni seçkilərdə iştirak etməyəcəyini bildirib.
Xatırladaq ki, 2024-cü ilin avqustunda Tomas Bax səlahiyyət müddəti bitdikdən sonra vəzifəsini tərk edəcəyini bildirmişdi. O, 2013-cü ildən 10 ildən çox BOK-a rəhbərlik edir.
Almaz Həsənli