AZ

"Fənərbağça" xorvatiyalı ulduz futbolçunu transfer etməyə çox yaxındır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İstanbul nəhənglərindən olan "Fənərbağça" "Mançester Siti"də çıxış edən xorvatiyalı futbolçu Mateo Kovaçiçi transfer etmək istəyir.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, Joze Mourinyo futbolçu ilə görüşərək "Fənərbağça"ya dəvət edib.
Mateo Kovaçiç müqavilə şərtlərini razılaşdıra bilsə, yeni mövsümdən etibarən "sarı-lacivərtlər"də çıxış edəcək.
Tərəflər minimum iki illik müqavilə imzalamaq istəyirlər.
Qeyd edək ki, Kovaçiç bu mövsüm 32 oyunda meydana çıxıb, beş qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Seçilən
21
50
oxu.az

10Mənbələr