Bakı, 27 fevral, AZƏRTAC
Yanvar ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 857 min 187 nəfər olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, onların 455 min 831 nəfərini aylıq sosial müavinət, 401 min 356 nəfərini isə təqaüd alanlar təşkil edib.