AZ

“Makronun Trampla görüşü mənasız vaxt itkisi idi” - “O, Trampdan heç bir təminat ala bilmədi”

Makronun ABŞ səfəri və Ukrayna ilə bağlı Trampla görüşü mənasız vaxt itkisi idi. O, ABŞ-dən Ukraynada mümkün Avropa qoşunlarının təhlükəsizliyinə zəmanət və ya Avropanın danışıqlar prosesinə cəlb olunması ilə bağlı vədlər ala bilmədi.

“AzPolitika” xəbər verir ki, bunu “Politico” nəşri Avropadakı diplomatik mənbələrə istinadla yazıb.

Aİ rəsmiləri və diplomatlarının sözlərinə görə, Fransa Prezidenti “ABŞ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı Trampdan dəqiq təminat ala bilməyib”: “Makron Trampın zəmanətlərlə bağlı konkret vədlər vermədiyini bildirir. Buna görə də bu məsələdə strateji qeyri-müəyyənlik qalmaqdadır”.

Avropalılar hələ də ümid edirlər ki, ABŞ Ukraynada yerləşdiriləcək potensial Avropa sülhməramlı qüvvələri üçün kəşfiyyat məlumatlarının toplanmasını, hava hücumundan müdafiəni və hərbi nəqliyyatı dəstəkləyə bilər. Amma görüşdə iştirak edən yüksək rütbəli Aİ rəsmisi bu cür zəmanətlərin alınmadığını və səfərin "mənasız vaxt itkisi olduğunu” qeyd edib.

Trampla görüşdə Ukrayna üzrə sülh danışıqlarında iştirak etmək üçün Aİ-nin xüsusi nümayəndəsinin təyin edilməsi də müzakirə olunub: “Lakin Tramp Rusiya ilə apardığı danışıqlarda avropalıların iştirakında maraqlı deyil”.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
146
18
Demokratikmusavat.com

10Mənbələr