AZ

Rövşən Nəcəf Byorn Kuyperslə görüşüb

AFFA-nın prezidenti Rövşən Nəcəf bu gün Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypersi qəbul edib.

Arena.az bu barədə milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere də iştirak ediblər.

Azərbaycanda hakimliyin inkişaf yolları və gələcək perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, öz dövrünün ən yaxşı hakimlərindən biri hesab edilən Byorn Kuypers iki dəfə dünya (2014, 2018), üç dəfə Avropa çempionatının (2012, 2016, 2020) final mərhələsinin oyunlarına təyinat alıb. Niderlandlı FIFA referisi bir dəfə UEFA Çempionlar Liqasının (2014), iki dəfə UEFA Avropa Liqasının (2013, 2018), bir dəfə isə Avropa çempionatının (AÇ-2020) final oyununu idarə edib.

Seçilən
149
18
arena.az

10Mənbələr