1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən cavab gəlib.
Oxu.Az-ın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, Müslim Öcalanın çağırışını dəstəkləyib.
"Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik", - deyə o bildirib.