Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasımnda sülh sazişində Avropa İttifaqının müşahidəçi missiyasından bəhs edilmədiyini bildirib.
“Ümumi ifadə üçüncü qüvvələrin olması ilə bağlıdır ki, bu da Aİ-nin müşahidəçi missiyasına şamil oluna bilər”.
“Cebheinfo.az”-ın məlumatına görə, Armen Qriqoryan belə deyib.
Qriqoryanın sözlərinə görə, sülh müqaviləsinin son iki maddəsi üzrə razılığa gəlmək mümkün deyil. Lakin Ermənistan bununla bağlı fəaliyyətini davam etdirəcək.
“Məsələlərdən biri Ermənistan-Azərbaycan sərhədində üçüncü qüvvələrin iştirakı, eləcə də diplomatik müharibənin başa çatması ilə bağlıdır.
Söhbət tələblərdən getmir. Təbii ki, burada yanaşmalar fərqlidir və biz hələ də həll yollarını tapmamışıq”, - deyə Ermənistan rəsmisi vurğulayıb.