AZ

UEFA Yurgen Kloppu təhqir edən hakimi cəzalandırıb

Bakı. Trend:

İngiltərəli hakim Devid Kut UEFA tərəfindən 2026-cı ilin yayınaqədər cəzalandırılıb.

Trend "The Sun"nəşrinə istinadən xəbər verir ki, onun yarışlarda iştirakına qadağaqoyulub.

Vurğulanıb ki, Kut futbolun və xüsusilə UEFA-nın nüfuzuna xələlgətirdiyi və ləyaqətli davranış qaydalarını pozduğu üçündiskvalifikasiya edilib.

Xatırladaq ki, ötən ilin dekabrında Kut PGMOL (İngiltərə PeşəkarHakimlər Assosiasiyası) tərəfindən aparılan araşdırmadan sonraişdən çıxarılıb. Noyabr ayında internetdə hakimin "Liverpul"unkeçmiş baş məşqçisi Yurgen Klopp haqqında təhqiramiz fikirlərsöylədiyini əks etdirən video yayılıb.

Daha sonra UEFA David Kut haqqında araşdırma aparıb. Hakimin2024-cü il Avropa çempionatını idarə edərkən qadağan olunmuşmaddələrdən istifadə etdiyi iddia edilir.

Seçilən
58
3
az.trend.az

4Mənbələr