Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgəlayihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”kitabının Yasamal rayonunda təqdimatı keçirilib.
Trend xəbərverir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, tədbirdə Bakı Şəhər və Yasamal Rayon İcraHakimiyyətilərinin, YAP Yasamal Rayon Təşkilatının əməkdaşlarının,şəhid ailələrinin, Vətən Müharibəsi qazilərinin, rayonun təhsilictimaiyyətinin nümayəndələri və tələbə-müəllim heyəti iştiakedib.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini TəravətMuradova bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindənyaradılan Azərbaycan dövlətinin iqtisadi-siyasi modeli özünü tamdoğruldub. Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix və Etnologiyaİnstitutu ilə birgə hazırlanan 44 günlük Vətən müharibəsinə həsredilən kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycandabaş verən çox mühüm hadisələrə həsr edilib.
Akademik Zərifə Əliyeva adına liseyin müəllimi, “Zəfər tarixi”dərsliyinin müəllifi Pərviz Ağalarov kitabın əhəmiyyətini qeydedərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldəedilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgünçatdırılmasının geniş təbliğində mühüm rol oynayacağınıvurğulayıb.
YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışedərək bildirdi ki, Prezident İlham Əliyevin zəngin dövlətçiliktəcrübəsi, strateji baxışı, xalqla sıx münasibətləri və Qarabağmüharibəsindəki yüksək rəhbərlik bacarığı bu kitabın yaranmasındaböyük bir ilham mənbəyi olub.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi,humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elminİmanov qeyd edib ki, kitabda Prezidentin diplomatik və informasiyacəbhəsində, hərbi quruculuq sahəsində fəaliyyəti ətraflıişıqlandırılır, dövlət başçısının Azərbaycan xalqının birliyinintəmin edilməsində rolundan, onun Vətən Müharibəsi illərində millətibir yumruq kimi birləşdirən xalqa müntəzəm müraciətlərindən bəhsedilir.
Tədbir kollecin tələbələrinin ifasında bədii hissə ilə davamedib.