Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 28-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 7 tüfəng, 3qumbara, 2 süngü-bıçaq, 2 alışdırıcı, 17 patron darağı və 1873 ədədmüxtəlif çaplı patron aşkar edərək götürüblər.