AZ

Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 4 qumbara, 6 tüfəng, 9 patron darağı və 752 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
69
43
unikal.az

10Mənbələr