Bakı. Trend:
Elm və Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrə keçirilmişbaşçəkmələr zamanı əvvəlki monitorinqlərdə verilmiş təklif vətövsiyələrin icra edildiyi müşahidə olunsa da, bəzi nöqsanlarınhələ də qaldığı müəyyən edilib.
Trend xəbərverir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bugün keçirilən iclasında müzakirə edilən insan hüquqlarınınqorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, nazirliyin tabeliyindəki əsaslı təmirəehtiyac olan müəssisələrdə, xüsusilə inteqrasiya təlimli internattipli gimnaziyalarda saxlanma şəraitinin təkmilləşdirilməsivacibdir:
“Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldıqları internatməktəblərində, xüsusi təhsilə cəlb olunmuş orta və yuxarı sinifşagirdləri üçün müvafiq dərslik və dərs vəsaitlərinin təminatındaçatışmazlıqların olduğu aşkar edilib. Belə məktəblərdə azyaşlılarınpsixi sağlamlığına göstərilən diqqətin artırılması, uşaqlarlapsixoloji işin aparılmasında nümunəvi sənədlərin, fərdi işplanlarının formalarının işlənib hazırlanması, bu istiqamətdəməşğələlərin aparılması üçün kabinetlərin əyani vəsaitlərlə təminolunması zəruridir.
Başçəkmələr zamanı uşaqların asudə vaxtının səmərəli təşkilinə,maraqlarının və qabiliyyətlərinin, o cümlədən peşə maraqlarınınöyrənilməsinə ehtiyacın olduğu müəyyən edilib. Əksər məktəblərdəəmək təlimi və peşə hazırlığı işlərinin aparılması üçünmaddi-texniki bazanın, emalatxanaların olmadığı müşahidəedilib”.