AZ

Cavad Zərif yenə istefa verdi


İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin impiçmentindən sonra istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, vitse-prezident istefa ərizəsini İran Məclisinin (birpalatalı parlament) Hemmatinin vəzifəsindən kənarlaşdırıldığı iclasından sonra verib.
Agentliyin mənbələrinə görə, İran Prezidenti Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.
Qeyd edək ki, İranın hazırkı hökumətinin formalaşmasından sonra ikinci dəfədir ki, Zərif istefa verməyə cəhd edir.
Seçilən
169
20
yeniavaz.com

10Mənbələr