AZ

“Azəriqaz” monopolistdir, buna görə də tənzimləmələr olmalıdır”

“Azəriqaz” inhisarçı monopolistdir, buna görə də fəaliyyətimiz Nazirlər Kabineti tərəfindən müəyyən edilən tənzimləmələrə uyğun olmalıdır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib. 

A.Məmmədov qeyd edib ki, qazın alışı və satışı, habelə göstərilən xidmətlərin standartları bu tənzimləmələrə daxildir:

“Bu kontekstdə strategiyamız üç əsas komponentdən ibarətdir: tənzimlənən qanunvericilik, səmərəli şəbəkə aktivləri və gələcək şəbəkə arxitekturasının qurulması. Əlavə olaraq, şəbəkəmizin 65 il əvvəl qurulduğunu nəzərə alaraq, biz yeni standartlara uyğun şəbəkə infrastrukturunun qurulmasına xüsusi diqqət yetiririk. Bu, həmçinin itkilərin azaldılması məqsədini də güdür. Köhnə şəbəkəmizdə hələ də itkilər mövcuddur və bu itkilərin daha effektiv şəkildə idarə edilməsi üçün SOCAR-ın nümayiş etdiyi yeni texnologiyalar və peyk vasitəsilə itkilərin aşkarlanması metodları üzərində işlər aparırıq”.

"Cebheinfo.az" 

Seçilən
52
3
cebheinfo.az

4Mənbələr