AZ

Norveç Aİ-yə üzvlük haqqında düşünməyi təxirə salmalıdır – Baş nazir

Norveçin baş naziri yonas Qar Stor “Bloomberg”ə müsahibəsində deyib ki, Norveç geosiyasi məsələlərlə bağlı cəmiyyətdə parçalanmaya görə Avropa İttifaqına üzvlük məsələsini müzakirə etməyə tələsməməlidir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Norveçin artıq iki dəfə Aİ-yə daxil olmaq üçün referendum keçirdiyini qeyd edən Stor məsələni “qütbləşmə” adlandırıb. “İnanıram ki, indiki şəraitdə biz bölünməyə yox, birliyə can atmalıyıq”, – o əlavə edib.

Fevralın sonunda krallığın xarici işlər nazirinin müavini Mariya Varteressian İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Aİ-yə üzvlüklə bağlı referendumun ən tez 10 ildən sonra keçirilə biləcəyini bildirib.

Norveçlilər Avropa İttifaqına üzv olmaq üçün 1972-ci ildə keçirdikləri referendumda 53,51% üzvlüyün əleyhinə səs verib. 1994-cü ildə isə referendum iştirakçılarının 55,18%-i Aİ-yə üzvlüyün əleyhdarı olub.

Norveç dünyanın ən firavan və sabit ölkələrindən biri olduğu üçün xalq Aİ-yə üzvlüyə ehtiyac duymur.

Seçilən
40
ictimairey.az

1Mənbələr