Fevral ayında Avrozonada inflyasiya səviyyəsi 2,4 faiz təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə Avropa Statistika Bürosunun məlumatında bildirilib.
Məlumata görə, Avrozonada yanvarda 2,5 faiz olan inflyasiya göstəricisi ötən ay 2,4 faizə enib.
Fevralda Avrozonada istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,5 faiz artıb. Bazar proqnozları fevral ayında inflyasiya səviyyəsinin 2,3 faiz olacağı idi. Ən yüksək qiymət artımı 3,7 faizlə xidmətlər sektorunda müşahidə olunub. Qida, spirtli içkilər və tütün məmulatlarının qiyməti 2,7 faiz, qeyri-enerji sənayesi məhsulları 0,6 faiz, enerji məhsullarının qiyməti isə 0,2 faiz artıb.