AZ

Energetika nazirinin müavini: Tarif həssas məsələdir, cəmiyyətlə dövlətin səmimi müzakirəsinə ehtiyac var

Tarif həssas məsələdir, burada sosial sazişə, cəmiyyətlə dövlətin səmimi müzakirəsinə ehtiyac var.

Bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirədə energetika nazirinin müavini Elnur Soltanov deyib.Elnur Soltanov bildirib ki, səmərəlilik tədbirlərinin həyata keçirilməsi üçün tariflər müəyyən həddin üzərində olmalıdır: “Tariflər müəyyən həddin üzərində olmayanda “Azərişıq”-ın da, “Azəriqaz”-ın da, “Azərenerji”-nin də yatırımlarının səmərəliliyi ödənmir. Tariflər aşağıdırsa, bu səmərəliliyi qarşılamaz. Mən demirəm tariflər artırılmalıdır. Ona görə optimal qərarlar verilməlidir. 97 % qazlaşma bir az anormal rəqəmdir. Avropada bu rəqəmin olmaması təsadüfi deyil. Çünki ucqar bir kəndə qaz xətlərinin çəkilməsi bəzən o qədər yüksəkdir ki, o kəndin tamamilə münbit torpaqlı əraziyə köçürülməsi maliyyəti ondan bəlkə daha azdır. Bu məsələlərə baxmaq lazımdır. Tarif elə həssas məsələdir ki, tarifdəki dəyişikliyi mən heç vaxt dəstəkləyə bilmirəm. Azərbaycanda satılan qaza əgər qənaət etsək, Avropa bazarına çıxarıb satsaq, bu bazardakı əlavə dəyəri gətirib əhaliyə paylasaq, qazdakı müəyyən tarif artımı daha sərfəli olar. Cəmiyyət səmimi müzakirələrə hazır olmalıdır”.

Nazir müavini qeyd edib ki, xərc əsasında tarif metodologiyası hazırlanıb: “Azərişıq”, “Azərqaz” və “Azərenerji”-nin bütün xərcləri toplanıb tarifdə öz əksini tapmalıdır. Elektrik enerjisində bütün dünyada ötürmə monopoliyadır, bunun başqa yolu yoxdur. Generasiya artıq dünya ölkələrində özəlləşdirilib, bu istiqamətdə də bizdə də iş gedir. Qanunumuz bizə diktə edir ki, elektrik enerjisində özəlləşdirməyə gedək. Qazda bu, bir az çətin olacaq. Çünki qazda istehsalçı birdir”.

// APress.az

Seçilən
66
2
apress.az

5Mənbələr