AZ

Neft qiymətləri OPEC+ planları ilə bağlı xəbərlər fonunda ucuzlaşıb

Neft qiymətləri OPEC+ planları ilə bağlı xəbərlər fonunda ucuzlaşıb.

Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 23:23-də ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 2,23% azalaraq 71,19 dollar olub.

Bloomberg OPEC+ nümayəndələrinə istinadən yazır ki, ittifaq aprel ayında neft hasilatını gündəlik 138 min barel artırmağı planlaşdırır. 

Treyderlər isə OPEC+ın hazırkı hasilat azaldılmasını uzadacağını gözləyirdilər.

Bloomberg yazır ki, OPEC+ Trampın təzyiqi fonunda hasilatını artırmağa başlayacaq.

 

Seçilən
30
marja.az

1Mənbələr