Vətən müharibəsi şəhidi, 1996-cı il təvəllüdlü Vahid Ağayevin valideynləri – atası Məcnun Abdullayev və anası Gülnaz Abdullayeva dəm qazından dünyasını dəyişib.
Qeyd edək ki, Vahid Ağayev 44 günlük Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib və 11 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Onun igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
QHT.az mərhumlara Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Ruhları şad olsun!