AZ

ABŞ Ukraynaya bütün hərbi yardımı DAYANDIRDI

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında bütün dünyada gündəm olan tarixi dava Ukraynaya baha başa gəlib.

News24.az xəbər verir ki, ABŞ Trampın göstərişi ilə Ukraynaya verdiyi bütün hərbi yardımı dayandırmaq qərarına gəlib. Ağ Evdən verilən açıqlamada sözügedən qərarın Ukraynaya yardımların tam dayandırılması demək olmadığı və prosesin izlənəcəyi bildirilib.

Eyni zamanda, Ağ Ev rəsmisi bəyan edib ki, ABŞ-ın Ukraynaya silah satışını dayandırması və anbar tədarükünü dayandırmaq planı Kiyev administrasiyasının Rusiya ordusuna qarşı mübarizədə “mübarizə qabiliyyətini təhdid edir”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski fevralın 28-də Ağ Evdə görüşərkən kameralar qarşısında mübahisə edib və Zelenski Ağ Evi tərk edib. ABŞ və Ukrayna arasında imzalanması gözlənilən qiymətli metallar müqaviləsi də imzalanmayıb.

Günel Məlikzadə

Seçilən
183
50
news24.az

10Mənbələr