AZ

Azərbaycanın uğurlu aqrar sığorta təcrübəsi Özbəkistanda da tətbiq ediləcək (FOTO)

Bakı. Trend:

Azərbaycanda uğurla tətbiq edilən aqrar sığorta mexanizmitəcrübəsindən Özbəkistan da istifadə edəcək.

Trend-ə bubarədə Aqrar Sığorta Fondundan məlumat verilib.

Bildirilib ki, bu mövzu Kənd Təsərrüfatı Nazirliyininnümayəndələri və Aqrar Sığorta Fondunun rəhbərliyininÖzbəkistandakı səfərində diqqət mərkəzində olub.

Səfər zamanı Aqrar Sığorta Fondunun idarə heyətinin sədri FuadSadıqov və Kənd Təsərrüfatı nazirinin müşaviri Zaur Əliyevin daxilolduğu nümayəndə heyəti Özbəkistanın Kənd Təsərrüfatı vəİqtisadiyyat və maliyyə nazirliklərində, eləcə də ÖzbəkistanRespublikasının Perspektiv Layihələr üzrə Milli Agentliyindəgörüşlər keçirib.

Özbəkistanın İqtisadiyyat və maliyyə nazirinin müavini AxadbekXaydarov, nazirliyin departament rəhbəri Botir Umonaliyev, eləcə dəKənd Təsərrüfatı Nazirliyinin departament direktorunun müaviniİlxom Jurayevlə görüşdə Azərbaycan və Özbəkistan arasındaimzalanmış memoranduma əsasən Azərbaycandakı aqrar sığorta sistemitəcrübəsinin Özbəkistanda tətbiq edilməsinə dair müzakirələraparılıb.

Aqrar sığorta sahəsində Azərbaycanla Özbəkistan arasındaəməkdaşlıq və Azərbaycan təcrübəsinin tətbiqi nümayəndə heyətininÖzbəkistan Respublikasının Perspektiv Layihələr üzrə MilliAgentliyinin sədr müavini Vyacheslav Yurieviçlə keçirilən görüşdəmüzakirə edilib.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəkli aqrar sığortamexanizminin yaradılmasına Azərbaycan Prezidenti İlham Əliyevin 19avqust 2019-cu il tarixli fərmanı ilə start verilib. Sözügedənfərmanla «Aqrar Sığorta haqqında» qanun tətbiq edilib və AqrarSığorta Fondu təsis edilib.

Azərbaycanda aqrar sığorta mexanizmi qardaş Türkiyənin KəndTəsərrüfatı Sığortaları sistemi – TARSİM təşkilatının təcrübəsi vədəstəyi əsasında yaradılıb. Aqrar sığorta sistemi vasitəsiləbitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını çoxsaylırisklərdən, o cümlədən təbii fəlakətlərdən sığortalamaq olar.Qaydalara əsasən fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-idövlət tərəfindən ödənilir.

Fəaliyyətə başladıqdan indiyədək Aqrar Sığorta Fondunun əhatədairəsi və fəaliyyəti ildən ilə genişlənməkdədir. Hazırda AqrarSığorta Fondu vasitəsilə 447 min hektar və ya ölkədəki bütün əkinsahələrinin təqribən 25%-i sığortalanır. Fermer və təsərrüfatlaraödənişlər isə sürətlə artaraq 2024-cü ilin nəticələrinə görə, 6,4milyon manata yüksəlib, bu rəqəmlər hər gün artır.

Azərbaycanın uğurlu aqrar sığorta təcrübəsinin regionölkələrinin də diqqətini cəlb edib və hazırda bu təcrübənin digərölkələrdə, o cümlədən Özbəkistanda tətbiqi ilə bağlı ilə bağlımüzakirələr aparılır.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
30
4
az.trend.az

5Mənbələr