AZ

Oruc tutanların nəzərinə! Bunları mütləq etməlisiniz

Ramazan ayında sağlam qidalanmaq vacibdir.

Söz.az "haberglobal"-a istinadən xəbər verir ki, türkiyəli həkim Yasin Yılmaz bununla bağlı oric tutanlara məsləhətlər verib.

O, maye istehlakının əhəmiyyətinə diqqət çəkərək, imsak yeməyinin vacibliyini vurğulayıb.

"Sağlam oruc saxlamaq üçün imsak və iftar arasında ən azı 2 dəfə yemək lazımdır. Bunu etməyəcəyiniz halda 13 saat ərzində aclıqdan qəflətən qan şəkərinin aşağı düşməsi baş verə bilər. 

Buna görə də sağlam oruc tutmaq üçün imsaka qalxmaq şərtdir. Süd, qatıq, pendir, yumurta, tam taxıl çörəyi kimi qidalardan ibarət yüngül səhər yeməyi yeyilməli və ya şorba, zeytunyağlı yeməklər, salatdan ibarət qidalara üstünlük verilməlidir. Lakin həddindən artıq yağlı və duzlu və xəmirl yeməklərindən uzaq durmaq lazımdır. İftar vaxtı ən böyük səhvlərdən biri də qidaları çox tez istehlak etməkdir. Çox sürətli yemək yeyərkən, bu müddət ərzində çox miqdarda yüksək enerjili qidalar yeyirsiniz və bu, həm sağlamlıq üçün risk yarada bilər, həm də yaxın günlərdə kökəlməyə zəmin yarada bilər".

İmsak və İftar arasında kifayət qədər maye içməsəniz, su və mineral itkisi səbəbiylə yorğunluq, ürəkbulanma, başgicəllənmə və nizamsız təzyiq  kimi sağlamlıq problemləri ilə qarşılaşa bilərsiniz.

Seçilən
51
soz.az

1Mənbələr