AZ

Azərbaycan millisinin oyunu niyə gec başlayacaq?

AFFA bu gün Azərbaycan milli komandasının Belarusla yoldaşlıq görüşünün yerini və vaxtını açıqlayıb. Hər iki detalla bağlı fərqlilik ortaya çıxıb.

Publika.az xəbər verir ki, yığma tarixində ilk dəfə rəqibini Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena”da qəbul edəcək. Bu da martın 25-də baş tutacaq qarşılaşmaya təsadüf edəcək.

Digər maraqlı məqam isə matçın başlama vaxtı ilə əlaqədardır. AFFA qarşılaşmanın saat 21:45-də başlayacağını açıqlayıb. Bu isə Azərbaycan futbolu üçün adət etmədiyimiz vaxtdır. Adətən rəsmi qarşılaşmalar UEFA-nın müəyyən tələbləri əsasında bu vaxtda keçirilir. Digər hallarda isə görüşlər ən geci 21:00-da başlayır.

Məsələ ilə bağlı AFFA ilə əlaqə saxladıq. Assosiasiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, oyunun gec başlaması Ramazan ayı ilə əlaqədardır.

Seçilən
56
3
publika.az

4Mənbələr