AZ

Birinci sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT

Bakı. Trend:

2025-2026-cı tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesiilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlaraaçıqlanıb.

Trendxəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, I sinfə elektron qeydiyyatla bağlı mikroərazilərmüvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyayauyğun olaraq müəyyənləşdirilib.

"Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyatünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonentkodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasınıdəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuşbinalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərinünvanı) dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub,martın 3-nə kimi 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsilxidmətləri bölməsinə yaxınlaşaraq və ya [email protected] elektron poçtunagöndərərək təklif və rəylərini verə bilərlər.

Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsininÇağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.

Qeyd edək ki, 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə daimiqeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanıdislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə dədislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyənolunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəbseçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər",- deyəməlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
21
24
az.trend.az

10Mənbələr