AZ

ABŞ-ın vitse-prezidenti Kiyevdən limitsiz güzəşt tələb edir: "Əgər təhlükəsizlik təminatı istəyirsinizsə..."

"Ukrayna təhlükəsizlik təminatı istəyirsə, bu zəmanət vermənin yolu bizə limitsiz iqtisadi üstünlüklərə şərait yaratmalarından keçir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.

O bildirib ik, hazırkı dönəmdə Ukraynanın təhlükəsizliyi məsələsi ABŞ-ın iqtisadi maraqlarından kənardadır: "Dediyim kimi, əgər həqiqətən təhlükəsizliyə zəmanət verilməsini istəyirsinizsə, Ukraynanın gələcəyi üçün ən yaxşı təhlükəsizlik zəmanəti amerikalılara iqtisadi üstünlüklər verməkdir. Bu, 30 və ya 40 ildə müharibə görməmiş adi bir ölkədə 20,000 əsgər saxlamaqdan daha yaxşı təhlükəsizliyə zəmanətdir"

Jurnalistlərdən birinin "Burada ABŞ-ın əsl planı nədir? Nə etmək istəyirsiniz?", - sualına isə o, belıə cavab verib: "Rusiya-Ukrayna müharibəsini əbədi olaraq maliyyələşdirə bilməzsiniz. Bizim belə bir niyyətimiz yoxdur"

Lamiyə Əhmədli
MİA.AZ

Seçilən
38
mia.az

1Mənbələr