AZ

Ölkədə ailə münasibətlərini tənzimləyən mükəmməl qanunvericilik bazası var- ÖZƏL

"Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra milli hüquq sistemi və ötən illər ərzində bu çərçivədə ailə münasibətlərini tənzimləyən yüksək standartlara cavab verən mükəmməl qanunvericilik bazası yaradılıb". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Mirzə Manafov deyib: "Ümumiyyətlə dövlətin ailə siyasətinin əsası ölkədə ailə institutunun möhkəmləndirilməsi, mövcud problemlərin nəzərə alınaraq həll yollarının tapılması, xüsusilə, həssas təbəqədən olan ailələrin problemlərinin kompleks şəkildə həll edilməsi prinsipi ilə müəyyənləşdirilmişdir. Qeyd olunanlarla bağlı əhali arasında mütəmadi olaraq ailə dəyərlərinin qorunub saxlanılması və möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi, onların öncədən ailə həyatına hazırlanması, sağlam həyat tərzi və reproduktiv sağlamlıq, ailə planlaşdırılması mövzularında əhalinin məlumatlandırılması, valideyn məsuliyyətinin artırılması və ailələri əhatə edən digər mövzular istiqamətində tədbirlər həyata keçirilir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və sosial müdafiəsini təmin etmək üçün ilbəil dövlət tərəfindən bütün zəruri layihələr hazırlanır".    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
olaylar.az

1Mənbələr