AZ

3 yerdən keçid: Paşinyandan "hazırıq" bəyanatı

Ermənistan Azərbaycanla sərhəddə 3 sərhəd keçid məntəqəsi açmağa hazırdır.

Azreform.info xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress” üçün yazdığı məqalədə deyilir.

Onun sözlərinə görə, Ermənistan Azərbaycandan Naxçıvan Muxtar Respublikasına boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini təmin etməyə hazırdır.

Paşinyan həmçinin qeyd edib ki, Azərbaycan avtomobillərinin Ermənistan ərazisindən keçərək Marqara keçid məntəqəsi vasitəsilə Türkiyəyə getməsi mümkündür.

“Ermənistan daşımaları tam şəkildə qoruyacaq. Əgər Azərbaycan tərəfinin psixoloji maneələri varsa, o zaman daşımaları artıq Ermənistan ərazisindən aktiv şəkildə keçən Türkiyə yük maşınları və ya digər ölkələrin nəqliyyat vasitələri ilə həyata keçirə bilər”, - məqalədə qeyd olunur.

Seçilən
33
3
azreform.info

4Mənbələr