Bakı, 4 mart, AZƏRTAC
Dünyanın ikinci ən böyük xam polad istehsalçısı olan Hindistan Çin, Cənubi Koreya və Yaponiyadan maliyyə ilinin ilk 10 ayında rekord həddə hazır polad idxal edib.
AZƏRTAC “Reuters”ə istinadən xəbər verir ki, Cənubi Koreyadan hazır polad idxalı ötən illə müqayisədə 11,7 faiz artaraq 2,4 milyon tona çatıb. Həmin dövrdə Cənubi Koreya Hindistana polad ərintisinin ən böyük ixracatçısı olub.
Bu dövrdə Hindistanın Çindən polad idxalı 2,3 milyon, Yaponiyadan isə 1,8 milyon ton təşkil edib.